RU

Prezident: Azərbaycan və Ermənistan artıq sülhün praktik faydalarını görür

“Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görür”.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Sülhün digər mühüm nailiyyəti bağlantıdır. Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək. Bununla yanaşı, bu marşrut Orta Dəhlizin bir hissəsi olacaq. Həm Ermənistan, həm də Azərbaycan artıq sülhün praktik faydalarını görür. Bu fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istərdim”, - dövlət başçısı qeyd edib.

“Azərbaycan Ermənistanla ticarət əlaqələrinin əsasını qoyub, – deyə o əlavə edib. – Sülh əldə olunduqdan sonra Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Bu günədək Azərbaycanın ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.

Azərbaycan daha da irəli gedərək ilk dəfə olaraq Ermənistana neft məhsulları – benzin və dizel tədarükünə başlayıb və bununla da ticarət əlaqələrinin əsasını qoyub. İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub”.


Telegram kanalımız
Избранный
18
12
yenisabah.az

10Источники