RU

Arvadını xəstəxanalıq edən şəxsə amnistiya düşdü

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Nərimanov rayonunda ailə daxilində yaşanan gərginlik məhkəmə zalında yekunlaşıb.Demokrat.az xəbər verir ki, paytaxt sakini olan Tacir mətbəxdə aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Mələyə fiziki zorakılıq tətbiq edib. Birgə yaşadıqları evdə qeydə alınan hadisə zamanı qadın baş nahiyəsindən aldığı yumruq zərbəsi nəticəsində bədən xəsarətləri alıb.Hadisədən dərhal sonra faktla bağlı araşdırmalara başlanılıb və təqsirkar şəxsə qarşı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb. İşin araşdırılması zamanı məlum olub ki, ər əməlindən peşmandır və tərəflər artıq barışıblar. Təqsirləndirilən şəxs məhkəmədə ailəsində anlaşılmazlıq olduğunu deyərək bir daha belə addım atmayacağını bildirib və amnistiya aktının ona şamil olunmasını istəyib.Zərərçəkmiş qadın da öz ifadəsində həyat yoldaşı ilə barışdığını və ortaq övladlarının olduğunu diqqətə çatdırıb. O, hadisənin təfərrüatları ilə bağlı danışarkən bunları qeyd edib:"Hazırda bir övladımız olduğu və barışdığım üçün ərimə qarşı heç bir şikayət və tələbim yoxdur".Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ailəsinə qarşı zorakılıq edən şəxs amnistiya qərarına əsasən cinayət məsuliyyətindən azad edilib və işə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
demokrat.az

1Источники