RU

Paşinyan: “Tramp Marşrutru”nun açılması istiqamətində iş gedir

BAKI, 4 may. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında sülhün arxitekturasını 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammiti təşkil edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində deyibş

Paşinyanın sözlərinə görə, tərəflər hazırda “Tramp Marşrutru” layihəsinin həyata keçirilməsi istiqamətində işləyirlər:

“İndi isə regional marşrutların açılması və Şərqdən Qərbə, Cənubdan Şimala yeni beynəlxalq marşrutlar yaratmaqla sülhün bərqərar olmasına və beynəlxalq təchizat zəncirlərinin sabitliyinə əhəmiyyətli töhfə verəcək mühüm “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə doğru irəliləyirik”.

Baş nazir əlavə edib ki, Azərbaycan və Ermənistan sülhü möhkəmləndirmək üçün sıx əməkdaşlıq edir.

Избранный
22
teleqraf.com

1Источники