RU

Korrupsiyalaşmış keçmişi ilə tanınan Okampo indi də revanşist erməni qüvvələrinə muzdlu lobbiçilik edir

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda Cənubi Qafqazın dayanıqlı sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün praktiki addımlar atılır. Ermənistanın Azərbaycanın sülh şərtlərini qəbul etməsi, nəticə etibarilə ötən ilin avqustunda Vaşinqton razılaşmasının əldə olunması sülh naminə ümidləri gücləndirir. Bütün bunların fonunda xaricdəki bəzi anti-Azərbaycan qüvvələr regionumuzda gərginlik yaratmaq üçün hansısa “layihələr” reallaşdırmağa çalışırlar. Onlardan biri də Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur.Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.Deputat bildirib ki, korrupsiyalaşmış keçmişi ilə tanınan Okampo indi də revanşist erməni qüvvələrinə muzdlu lobbiçilik edir. Maddi maraqlarının girovuna çevrilmiş bu şəxs özünün çirkin əməllərindən çəkinmək istəmir. Məlumdur ki, o, ölkəmizə qarşı qərəzli kampaniyalar aparıb. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olan Okampo erməniəsilli müharibə canilərinin də azadlığa buraxılması üçün Avropada “dəridən-qabıqdan” çıxıb.“Nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli ölkədir. Son vaxtlar ard-arda Avropa ölkələrinin liderlərinin ölkəmizə səfərləri də bunu təsdiqləyir. Bu şəraitdə Okamponun ölkəmizə qarşı apardığı kampaniyaya Avropa İttifaqı tərəfindən əhəmiyyət verilmir. Belə olan halda bu şəxs başqa “layihələr” üzərində işləyir”.Onun sözlərinə görə, son günlərdə Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qalmaqallı videosunun yayılması bundan xəbər verir. Artıq Azərbaycana qarşı təzyiqlər nəticəsiz qalır. Çünki Azərbaycan torpaqlarını işğaldan azad edib, beynəlxalq ticarətin inkişafı üçün Orta Dəhliz kimi Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi formalaşdırıb. Eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu daha da artır. Ona görə də Luis Okampo kimi ermənipərəst lobbiçilər artıq Azərbaycanı deyil, Ermənistan hakimiyyətini hədəfə almağa başlayıblar.Samir Vəliyev qeyd edib ki, korrupsioner Okampo son vaxtlar ictimailəşən videodakı çıxışında Avropa strukturlarındakı siyasi korrupsiyanı ifşa edir və özünün də qanunsuz lobbiçiliklə məşğul olduğunu dilə gətirir. Videokadrlardan aydın olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir. Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Okamponun sözlərinə görə, bu sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” anonim mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük verirlər.“Görünən odur ki, revanşist qüvvələr Avropadakı havadarlarının köməyi ilə Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesini və regionda sabitliyi pozmağa çalışır. Bu məqsədə çatmaq üçün siyasi korrupsiyaya uğramış şəxslərdən istifadə olunur. Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqlarından, demokratiyadan, qanunlardan dəm vursalar da, əslində korrupsiya ilə məşğuldurlar. Onlar anlamalıdır ki, artıq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan beynəlxalq müstəvidə söz sahibinə çevrilib. Ermənistan hakimiyyəti də reallığı qəbul etmək məcburiyyətindədir. Dünya ölkələri isə Azərbaycanın yaratdığı reallıqlarla hesablaşır. Bu səbəbdən təxribatçı qüvvələrin planları iflasa məhkumdur”,- deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
newscenter.az

2Источники