RU

Yenə yağış yağacaq

Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə,  gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Избранный
28
49
heftelik.az

10Источники