ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın Kerala ştatında keçirilən dini mərasimlər zamanı fillərin nəzarətdən çıxması faciə ilə nəticələnib. Hadisələr zamanı azı iki nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, Mahavishnu məbədi ərazisində mərasim üçün gətirilən fil qəfil aqressivləşərək onu daşıyan sürücünü əzərək öldürüb. Daha sonra heyvan ərazidəki avtomobillərə və ağaclara hücum edib.
Şahidlərin sözlərinə görə, fil təxminən iki saat ərzində öldürdüyü şəxsin cəsədinin yanında qalıb və yaxınlaşmaq istəyənlərə hücum edib. Bu səbəbdən tibbi xidmət əməkdaşları hadisə yerinə müdaxilə etməkdə çətinlik çəkib.
Nəticədə fil yalnız xüsusi xidmətlərin müdaxiləsi ilə, sakitləşdirici iynə vurularaq zərərsizləşdirilib və nəzarət altına alınıb.
Həmin gün ştatın digər hissəsində – İrinjalakuda şəhərində yerləşən Kudalmanikyam məbədində də oxşar hadisə baş verib. Burada bir nəfər filin hücumu nəticəsində ağır xəsarət alaraq xəstəxanada ölüb.
Baş verən hadisələrdən sonra Hindistanda dini mərasimlərdə fillərin istifadəsi və təhlükəsizlik tədbirləri yenidən müzakirə mövzusuna çevrilib.
Qalereya
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.