RU

Evdən oğuruq edən qaraçıların məhkəməsi keçirildi

Evə daxil olaraq oğurluq etməkdə təqsirləndirilən qaraçıların məhkəməsi başlayıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib. 

Təqsirləndirilən şəxs Gülpara Vəliyeva bildirib ki, onları bu cinayətə digər qaraçı dostu Pərviz Abdullayev vadar edib:

"Biz getdik bibisinin evinə. Dedi ki, bura bizim evimiz kimidir. Sahibə kart götürdü. Mən isə bir ədəd gödəkçə götürmüşəm. Onu da mənə Pərviz üşüdüyümə görə verdi. Biz heç birimiz bilmirdik ki, bura özgənin evidi. Bizlə olan qızların yaşının az olduğunu bilmirdim. Tarqovuda gül satan yerdə tanış olmuşduq. Əməliyyatçılar gələndən sonra götürdüklərimizin hamısını təhvil verdik". 

Digər təqsirləndirilən şəxs Sima Əmiraslanova isə qeyd edib ki, hadisə günü polis şöbəsindən qaçıblar:

"Bölmədən qaçmışdıq. Getdik Pərvizin bibisinin evi kimi təqdim etdiyi evə. Mən ordan demək olar ki heçnə götürmədim. Sadəcə içi dolu salafanı mənə verdilər" .

Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər olan qaraçılar - Pərviz Abdullayev, Gülpara Vəliyeva, Sahibə Mahmudova və
Sima Əmiraslanova ya qarşı Cinayət Məcəlləsinin 170.3-cü (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

Orxan Rasifoğlu

Избранный
18
unikal.az

1Источники