“Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev İrəvandakı tədbirdə videobağlantı formatında çıxış edib - VİDEO
"Avropa Siyasi Birliyi" sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim", - Dövlətimizin başçısı qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: "Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir".
Bizim.Media