RU

Paşinyandan Putinə SƏRT TƏPKİ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistan səfəri regionda və beynəlxalq siyasi gündəmdə diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində onun Baş nazir Nikol Paşinyan ilə görüşü, eləcə də Avropa liderləri ilə planlaşdırılan təmasları bir sıra mühüm məsələlərin müzakirə olunacağını göstərir. Xüsusilə, Ukraynanın davam edən müharibə fonunda diplomatik fəallığını artırması və tərəfdaşlardan dəstək axtarışı bu səfərin əhəmiyyətini daha da artırır .Görəsən, İrəvanda keçiriləcək görüşlərdə hansı konkret mesajlar və nəticələr ön plana çıxacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Zelenskinin İrəvana səfəri əsasən Avropa siyasi tədbirində iştirak məqsədi daşıyır.

“Ukrayna lideri bu fürsətdən istifadə edərək Avropa ölkələrinin rəhbərləri ilə bir sıra vacib görüşlər keçirməyi planlaşdırır.

Zelenski ilə Paşinyan arasında keçiriləcək görüşdə ilk növbədə Ukrayna-Ermənistan münasibətlərinin cari vəziyyəti müzakirə olunacaq. İki ölkə arasındakı əlaqələr tərəflərin arzuladığı səviyyədə deyil və xüsusilə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları fonunda İrəvanın mövqeyi müəyyən suallar doğurub”.

O, bildirib ki, əvvəllər Ermənistan ərazisində yerləşən hərbi texnikanın Rusiyaya ötürülməsi, eləcə də rəsmi İrəvanın sanksiyalardan yayınmada dolayı rol oynaması ilə bağlı məsələlər gündəmə gəlmişdi. Bununla yanaşı, son illərdə Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti onun Qərb üçün əhəmiyyətini müəyyən qədər artırıb.

“Ukraynanın müharibə şəraitində beynəlxalq dəstək axtarışı məsələsi də müzakirə olunan mövzular sırasında olacaq. Lakin Ermənistanın Kiyevə verə biləcəyi dəstəyin əsasən siyasi xarakter daşıyacağı ehtimal edilir.

Ermənistan bu məsələdə mümkün qədər neytral mövqe tutmağa və müxtəlif tərəflərlə münasibətlərini qorumağa çalışır. Buna görə də rəsmi İrəvandan Ukraynaya ciddi və ya hərbi dəstək gözlənilmir”, – deyə ekspert vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, Zelenskinin səfəri çərçivəsində əsas məqsədlərdən biri də Avropa liderləri ilə müzakirələr aparmaq, mövcud vəziyyəti çatdırmaq və Ukraynaya gələcək dəstək mexanizmlərini müzakirə etməkdir. Bu baxımdan səfər, təkcə ikitərəfli deyil, daha geniş geosiyasi kontekstdə əhəmiyyət kəsb edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
50
konkret.az

10Источники