RU

Sadəcə 1 2 saniyə gözləsəydilər, bu qəza baş verməzdi VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.NİİM-dən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur:

 

"Xüsusilə də işıqforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir.

Belə sürücülərə bir daha xatırladırıq ki, işıqforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.Unutmayaq ki, işıqforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir".

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
16
bizim.media

10Источники