RU

İran və Oman Hörmüz boğazında yeni qaydaları hazırlayır

İran

İran hakimiyyəti yaxın vaxtlarda Fars körfəzi regionunda, xüsusilə Hörmüz boğazında gəmiçilik üçün yeni qaydaların işlənib hazırlanması üzrə Oman tərəfi ilə dialoqu davam etdirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai məlumat verib.

"İran və Oman Hörmüz boğazının sahil ölkələridir, təbiidir ki, onlar bu strateji əhəmiyyətli su yolunda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə ortaq məsuliyyət daşıyırlar. Danışıqlar gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün konkret protokol və mexanizmlərin hazırlanmasına yönəlib", — deyə o, həftəlik brifinqdə qeyd edib.

Baqainin sözlərinə görə, Tehran və Maskat arasındakı bu məsləhətləşmələr yaxın günlərdə davam edə bilər.

Məryəm Quliyeva

Избранный
34
2
xalqcebhesi.az

3Источники