RU

Bakıda qumar oynayan şəxs cərimə edildi

BAKI, 4 may. TELEQRAF

Bakının Nərimanov rayonunda qumar oyunu oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü Zaur Vəliyev (ad-soyad şərti verilib – red.) Nərimanov rayonu ərazisində “Coffemania” restoranının yaxınlığında kafedə qumar oyunları oynayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib.

Избранный
27
teleqraf.com

1Источники