RU

Qaçmağa cəhd azadlığa qovuşmaq deyil

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə 5 ailə üzvünü qətlə yetirib həbs olunan Əhməd Əhmədov haqqında yeni xəbər bu günlər ölkə gündəmini zəbt edib. Düzgün olmayan məlumatlar əsasında kim nə istəyir, onu da danışır: biri Əhmədin müalicə aldığı xəstəxanadan qaçdığını, biri özü ilə bərabər bir neçə nəfərlə qaçdığını, biri azadlığa buraxıldığını öz zehniyyəti çərçivəsində müzakirə edir.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Əhməd haqqında yayılan bütün məlumatlar yanlışdır.

Əhməd cinayətkardır, həm də psixoloji vəziyyəti normal olmayan adamdır. Odur ki, o, xəstəxanadan bir yol tapıb qaçmağa cəhd göstərə bilər. Bu kimi hadisələrə tarixdə yüzlərlə bədii ədəbiyyatda, filmdə, real həyatda şahid olmuşuq. Lakin qaçmaq qurtuluş deyil. Bir yol tapıb qaçmağa cəhd edə bilərsən: qaçarsan və yenidən həbs olunub yerinə qaytarılarsan. Çünki Əhməd kimi cinayətkarlar cəmiyyət üçün təhlükəlidir.

Bəzi insanlar iddia edir ki, Əhməd xəstəxanadadır, bəziləri isə iddia edir ki, yox, həbsxanadadır. Məntiqə görə 5 nəfər ailə üzvünü qətlə yetirən adam necə həbsxanada ola bilər? Axı oradakı insanlar üçün də Əhməd hər an real təhlükədir. Və dövlət hər bir məhbusun sağlamlığı üçün məsuliyyət daşıyır. Odur ki, Əhməd və əhmədkimilər öncə müalicə alıb psixoloji vəziyyəti sabitləşəndən sonra həbsxanaya köçürülür.

Cəmiyyət üzvlərinin bu qədər təşvişə düşməsinə ehtiyac yoxdur. Çünki hüquq-mühafizə orqanları bu adamın təhlükəlilik dərəcəsini çox yaxşı bilir. Zamanında necə dərhal həbs olunub azadlıqdan məhrum edilmişdirsə, xəstəxanadan qaçardısa, bu cəhdin qarşısı da o cür alınardı.

Xüsusilə bu gün xəbərin işıq sürəti ilə yayıldığı bir dövrdə hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Kim nə istəyirsə, o barədə danışıb sosial şəbəkələrdə sürətlə yayılmasına səbəbkar olmamalıdır. Çünki hər şeydən əvvəl övladlarımızı düşünməliyik. Onların bu söz-söhbəti necə anlayacağını, təşvişə düşəcəyini, psixologiyasına necə təsir göstərəcəyini düşünməliyik.

Əhmədi “qəhrəmanlaşdıranlar” da var, təəssüf ki... Süni intellekt vasitəsilə videolar hazırlayıb paylaşmaq nə deməkdir? Onlar arasında bunu real videolar kimi qəbul edəcək azyaşlıları, cəmiyyətin digər üzvlərini düşünən bir nəfər belə yoxdurmu?

Bir sözlə, cinayətkarın, həm də Əhməd kimi qatı cinayətkarın azadlıqda olması, əlbəttə, hər kəs üçün təhlükədir. Bunu aid qurumlar bizdən daha yaxşı bilir və yaranan bütün təhlükələrin qarşısını almaqda məsuldur. Bizə isə o qalır ki, əsası olmayan xəbərləri sosial şəbəkələrdə bir-birimizə ötürməklə qarışıqlıq yaratmayaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
sesqazeti.az

1Источники