PSJ yay transfer pəncərəsinə hazırlaşarkən Randal Kolo Muani ilə bağlı qərarını verib. Komandanın baş məşqçisi Luis Enrique fransalı futbolçunu planlarına daxil etmir.
İdmanxeber.az-ın məlumatına görə, hazırda icarə əsasında “Tottenham Hotspur” klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi mövsüm ərzində 37 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Yayda icarə müddəti başa çatdıqdan sonra onun Parisə qayıtması gözlənilir.
Buna baxmayaraq, PSJ futbolçunu birdəfəlik satmaq niyyətindədir və təxminən 40 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.