RU

Rutte: ABŞ-ın NATO-dakı müttəfiqləri İrana logistik dəstəyi artırır

NATO-nun baş katibi Mark Rütte bildirib ki, ABŞ-ın NATO üzrə Avropadakı müttəfiqləri İran ətrafında yaranan münaqişə zonasına yaxın bölgələrdə logistika və digər dəstək imkanlarını gücləndirməyə başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Onun sözlərinə görə, bir sıra Avropa ölkələri gələcək mərhələlərə hazır olmaq məqsədilə zəruri logistika və yardım resurslarını əvvəlcədən yerləşdirirlər. Rütte bu addımların alyansın operativ hazırlığının artırılmasına xidmət etdiyini qeyd edib.

Bundan əvvəl “Politico” nəşri Ağ Evin NATO ölkələrini alyansa verdikləri töhfəyə görə qiymətləndirən siyahı hazırladığını yazmışdı.

ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonun gələcəkdə NATO-dan yardım tələb etməsinə ehtiyac olmayacağını bildirmişdi.

Избранный
66
7
ikisahil.az

10Источники