RU

Moldova Enerji Xartiyası Müqaviləsindən çıxdı

Moldova beynəlxalq müqavilənin ölkənin enerji təhlükəsizliyi prioritetləri ilə uyğunsuzluğu səbəbindən 1994-cü il Enerji Xartiyası Müqaviləsindən çıxdı.

Ucnoqta.az xəbər verir ki, qanunverici orqanın mətbuat xidmətinin məlumatına görə, müqavilənin ləğvi parlament tərəfindən son oxunuşda təsdiqlənib.

Qeyd olunub ki, Moldova, Avropa Birliyi kimi, enerji siyasətini karbon tullantılarının azaldılması öhdəlikləri ilə uyğunlaşdırmaq üçün Enerji Xartiyasından çıxmağın qaçılmaz olduğunu düşünür.

Moldova Enerji Xartiyası Müqaviləsinə 1996-cı ildə qoşulub.

Избранный
17
ucnoqta.az

1Источники