RU

ABŞ tərəfindən ələ keçirilən İran gəmisinin 22 nəfərlik heyəti Pakistana çatıb - Pakistan XİN

Pakistan Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Oman körfəzində saxlanılan MV Touska yük gəmisinin heyəti ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, nazirliyin Pakistan Xarici İşlər Nazirliyi tərəfindən “X” platformasında dərc edilən bəyanatda bildirilir ki, gəmidə saxlanılan 22 nəfərdən ibarət heyət Pakistana gətirilib və bu gün İran tərəfinə təhvil veriləcək.

Bildirilib ki, bu addım ABŞ-nin etimad qurucu jesti kimi həyata keçirilib və İrana məxsus gəminin heyəti ilkin olaraq Pakistana təxliyə olunub.

Qeyd olunub ki, gəmi zəruri texniki baxışdan sonra ilkin sahiblərinə qaytarılmaq üçün Pakistanın ərazi sularında yerləşdiriləcək. Prosesin həm İran, həm də ABŞ tərəflərinin razılığı ilə koordinasiya olunduğu bildirilib.

Nazirlik əlavə edib ki, Pakistan bu cür etimad qurucu addımları müsbət qarşılayır və regionda dialoq və diplomatiyanın təşviqinə dəstək verməyə davam edəcək.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
23
1
redaktor.az

2Источники