RU

İran Hörmüz boğazı yaxınlığında ABŞ hərbi gəmisini vurdu

Hörmüz boğazı yaxınlığında yerləşən Cask adası ətrafında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmiyə iki raket zərbəsi endirilib.

Sitat.info xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, hadisə ABŞ hərbi gəmisinin SEPAH qüvvələrinin  xəbərdarlıqlarına məhəl qoymayaraq ərazidə hərəkətini davam etdirməsindən sonra baş verib.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ABŞ-ın bazar ertəsindən etibarən “Azadlıq layihəsi" adlı əməliyyata başlayacağını və Hörmüz boğazında “ilişib qalan” gəmilərin təhlükəsiz şəkildə istiqamətləndirilməsini təmin edəcəyini açıqlamışdı.

ABŞ Mərkəzi Komandanlığı isə bu prosesə 15 min hərbi qulluqçu, 100-dən çox quru və dəniz platformalı təyyarə, həmçinin hərbi gəmilər və pilotsuz uçuş aparatları ilə dəstək veriləcəyini bildirib.

Aytac,

Sitat.info

 

Избранный
8
2
sitat.info

3Источники