RU

Bakı Gəmiqayırma Zavodu Qazaxıstan üçün 2 yük gəmisi inşa edəcək

ain.az bildirir, Ses qazeti portalına istinadən.

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən müasir beynəlxalq standartlara uyğun 2 ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək.

“AZCON Holding”in icraçı direktoru Şahin Babayev bu müqavilənin çox mühüm olduğunu deyib: “AZCON Holding olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu layihə həm texnoloji imkanlarımızın nümayişi, həm də ölkəmizin gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr üçün də möhkəm zəmin yaradacaq”.

“Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov isə bu müqaviləni Xəzərdə yükdaşımaların artırılması üçün vacib addım adlandırıb: “Dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının açılması istiqamətində aparılan sistemli işin məntiqi davamıdır. “Qazaxıstan Temir Yolu” SC-nin şəxsi donanmasının formalaşdırılması Transxəzər marşrutunun dayanıqlığını gücləndirir, yükdaşıma bazasının artırılması və beynəlxalq tərəfdaşların cəlb edilməsi üçün əlavə imkanlar yaradır”.

Qeyd edək ki, bu müqavilə Orta dəhliz üzrə yük axınının artdığı və Xəzər dənizində gəmiçiliyə ehtiyacın çoxaldığı bir vaxtda Azərbaycanın bu sahədə fəaliyyətini artırması və ağır sənayenin inkişafına dəstək verəcək.

Xarici sifarişlərin çoxalması Azərbaycanın gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə də xidmət edəcək.

Xatırladaq ki, bu müqavilə ilə xarici sifarişlər üzrə tikilən gəmilərin sayı artıq 4-ə çatır. Zavodun potenbsualı daha çoxuna imkan verir və bu da zavodun regionda gəmiqayırma sənayesi üzrə ciddi bir müəssisəyə çevrildiyini göstərir.

Eyni zamanda Qazaxıstanla Azərbaycanın müxtəlif sahələrdə əməkdaşlığının artması, ağır sənaye sahəsini də əhatə edir. 2 dövlət arasında iqtisadi əməkdaşlığın artması regionda ticarət və sənaye üzrə böyük perspektivlərin olduğunu və bundan istifadə edildiyini göstərir.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
7
sesqazeti.az

10Источники