RU

Ənənəvi plastik kartlarla aparılan ödənişlərdən daha təhlükəsiz hesab olunur Mütəxəssis

525.az saytına istinadən ain.az xəbər verir.

“NFC texnologiyası ilə həyata keçirilən təmassız ödənişlər, əslində, ənənəvi plastik kartlarla aparılan ödənişlərdən daha təhlükəsiz hesab olunur. Bunun əsas səbəbi tokenizasiya sistemidir. Ödəniş zamanı kartın real məlumatları deyil, birdəfəlik şifrələnmiş kodlar (tokenlər) ötürülür”. 

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, hətta kimsə bu ötürülən məlumatı ələ keçirsə belə, həmin kod növbəti əməliyyat üçün tamamilə yararsız olur. Bundan əlavə, smartfonlarda ödənişi təsdiqləmək üçün biometrik göstəricilərin (barmaq izi, Face ID) tələb olunması təhlükəsizliyin daha bir güclü qatını təşkil edir.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
525.az

1Источники