RU

İran islahata gedir, qadınlar başlarını açır - Trampın yeni taktikasının " panzəhəri" tapıldı...



"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində İranda son vaxtlar müşahidə edilən bir hadisə ilə bağlı paylaşım edib.

A.Quliyev paylaşımında yazır:

İran müharibəsinin strateji nəticələrindən biri ehtimal ki, daxili siyasətdə tədricən rejimin idarə olunan "yumşalma" mərhələsinə keçidi olacaq. Xüsusilə də qadınlar üçün sərt islami davranış və yaşam qaydalarına "əl gəzdirilə" bilər. Nəyə əsaslanıram?

Əvvəla, islam rejiminin Amerikanın cəngindən qurtulmasında İran xalqı böyük rol oynadı və buna görə "molla elitası" xalqa sözün həqiqi mənasında borclu düşdü. Borc əvəzsiz qala bilməz və xalqın haqqı nisbətən yumşaldılmış idarəçiliklə ödənməlidir. Bu xalq sənin üçün müharibəyə dözdü, sənə qarşı çıxmadı, sonadək dəstəklədi. Bunun bir əvəzi olmamalıdır?! Yenəmi həmin fədakar xalqı asacaqlar, kəlağayıdan azacıq bayıra çıxmış qızların saçının ucu kəsiləcək?!...

2. Trampın strateqləri müharibəni dayandıraraq İran rejimini narazı və kasıb xalqla baş-başa buraxmaq taktikasını işə salıb. Plan və ümid belədir ki, müharibədə rejimlə birləşən incik xalq sülh dövründə rejimə qarşı dönəcək. Bu şəraitdə sərt və hətta alçaldıcı dini davranış qaydalarının nisbətən yumşaldılması Trampın strateqlərinin planına qarşı ən təsirli "panzəhər"ə çevrilə bilər.

3. Yumşalmanın ilk əlamətləri artıq görünməkdədir. Belə ki, Türkiyə TV əməkdaşlarının Tehran və digər şəhərlərdən hazırladıqları küçə reportajlarında müxbirlərin özləri saçları açıq, qısa qolla fəaliyyət göstərir, xanım sakinlərin də çadrasız baş örtüksüz olduqları aşkar görünür...

İran dəyişir, bu dəyişim həm rejimin, həm də milyonların mənafeyinə uyğundur...

Görək, islahat nə qədər davamlı və qanuni olacaq?...

Tahir TAĞIYEV

Избранный
50
baki-xeber.com

1Источники