RU

Paşinyan Azərbaycana rəsmi səfər etmək istəyini bildirib

Paşinyan: 2028-ci ildə Avropa İttifaqının Azərbaycandakı sammitinə qatılacağıma ümid edirəm

"Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk iştirakı oldu, baxmayaraq ki, bu iştirak videokonfrans formatında baş tutub”.

FED.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin sammitində etdiyi çıxışında deyib.

Eyni zamanda, Ermənistan lideri Azərbaycana rəsmi səfər etmək istəyini də bildirib.

"Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”, – o vurğulayıb. 

Избранный
14
7
fed.az

9Источники