RU

Sabah 2 rayonda qaz KƏSİLƏCƏK

Sabah Neftçala və Hacıqabul rayonlarının bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Neftçala rayonunun Xanməmmədli, Qaçaqkənd, Ramazanlı, Qazaxbərəsi, Mürsəqulu, Dördlər, Xolqaraqaşlı, Xolqarabucaq, Xoltəzəkənd, Qırmızıkənd, Xəzərkəndi kəndlərində, həmçinin Hacıqabul rayonunun Qarasu kəndində aparılacaq təmir işləri ilə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Избранный
19
19
redaktor.az

10Источники