RU

​Doğmalarına da güvənmirlər -

Bəzi insanlar var ki, onlar üçün başqalarına etibar etmək çətin məsələlərdən biridir. Bu adamalr üçün güvən zamanla formalaşır və asanlıqla qazanılmır. Hətta ən yaxınlarına qarşı belə ehtiyatlı davranırlar. Bu xüsusiyyət isə xüsusilə bəzi bürclərdə daha qabarıq hiss olunur. Metbuat.az atalarına da güvənməyən ən şübhəçi 5 bürc haqda məlumatları təqdim edir: ƏqrəbƏqrəb bürcü güvən məsələsində ən həssas bürclərdən biridir. Onlar insanları uzun müddət müşahidə etmədən heç kimə inanmazlar. Bir dəfə xəyanət görsələr, həmin insana bir daha şans vermirlər. Daxilən hər zaman ehtiyatlı olduqları üçün hər kəsə qarşı məsafə saxlayırlar. Bu cəhətləri Əqrəbləri bir çox bəlalardan qoruyur. OğlaqOğlaqlar realistik və soyuqqanlı yanaşmaları ilə tanınırlar. Onlar emosiyalara deyil, faktlara güvənirlər. Bu səbəbdən də insanlara tez inanmır, hər şeyi analiz edirlər. Güvən qazanmaq üçün qarşı tərəf uzun müddət özünü sübut etməlidir. Ağıllıdırlar. Buna görə də çox nadir hallarda peşman olurlar. QızQız bürcü detallara həddindən artıq diqqət yetirir. Onlar ən kiçik uyğunsuzluğu belə dərhal hiss edirlər. Bu da onları daha şübhəçi və ehtiyatlı edir. Hər kəsə asanlıqla ürək açmaq onların xarakterinə uyğun deyil. Qızlarla Amma ünsiyyət qurmaq çətin deyil. DolçaDolça bürcü emosionaldır, lakin məsafə saxlamağı sevir. Onlar azadlıqlarını qorumaq üçün insanlara tam güvənməkdən çəkinirlər. Çox vaxt hər şeyi öz daxilində analiz edir və yekun nəticəyə gəlirlər. Bu isə onları bir qədər soyuq göstərir. Ən azəndan kənardan belə təsir bağışlayırlar. Əkizlər

Əkizlər bürcü dəyişkən və ziddiyyətli təbiətə malikdir. Onlar bir anda insanlara yaxınlaşsa da, eyni sürətlə uzaqlaşa bilirlər. Bu səbəbdən də dərin güvən hissi formalaşdırmaqda çətinlik çəkirlər. Daim şübhə içində qalmaq onların qərarsızlığı ilə əlaqəlidir. Bu xüsusiyyətləri üzündən tez-tez lazımsız problemlərlə üzləşirlər.

Избранный
14
metbuat.az

1Источники