RU

Ofisdə işləyənlər üçün ən faydalı İÇKİ

Matça və “mate” çayları az miqdarda istehlak edildikdə ofis işçiləri üçün faydalı ola bilər.

Qaziler.az xəbər verir ki, bunu həkim Yelena Pavlova “NEWS.ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, ən faydalı seçim hələ də adi su hesab olunur.

"Ofis işçilərinə kəskin enerji dəyişiklikləri (enib-qalxmalar) və asılılıq yaratmayan, mülayim tonus verən içkilər seçmək daha yaxşıdır. Ən faydalı variant sudur. Əgər kofein asılılığı olmadan gümrahlıq lazımdırsa, kiçik porsiyalarla yaşıl və ya qara çay məsləhət görürəm. Digər bir variant — məhdud dozada matça və ya “mate”dir. Kofeinsiz içkilər də çox yaxşı təsir edir. Yaxşı hiss etmək və rahatlamaq üçün nanə, çobanyastığı, melissa kimi bitki çayları, həmçinin gün ərzində şirin qazlı suların əvəzinə şəkərsiz isti mayelər içmək olar", — deyə Pavlova bildirib.

O xəbərdarlıq edib ki, energetik içkilər, qazlı sular və böyük porsiyalı kofelər ofis işçiləri üçün ən yaxşı seçim deyil. Bundan əlavə, həkimin sözlərinə görə, enerji düşkünlüyünün qarşısını almaq üçün şirin siropların istehlakını məhdudlaşdırmaq lazımdır.

QAZİLER.AZ

Избранный
15
qaziler.az

1Источники