Ajans.az xəbər verir ki, aktrisa və həyat yoldaşı, Good Charlotte qrupunun gitaristi Benji Madden ailələrinə yeni üzvün qatıldığını açıqlayıblar. Xəbəri musiqiçi sosial şəbəkədə paylaşıb. “Dünyaya xoş gəlmisən, oğlumuz! Ailəmizi sevirik – uşaqlarımız sağlam və xoşbəxtdir, biz isə minnətdarıq”, – deyə Madden bildirib. O, körpənin adının Nautas olduğunu qeyd edib.
Kameron Diaz və Benji Maddenin münasibətləri 2014-cü ildə ictimaiyyətə məlum olub, cütlük 2015-ci ildə evlənib. Onların 2019-cu ildə Raddix adlı qızları, 2024-cü ildə isə Kardinal adlı oğulları dünyaya gəlib.