RU

Yenidən Premyer Liqaya gedə bilərəm Sesk Fabreqas

ain.az bildirir, Fanat portalına istinadən.

İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas İngiltərə Premyer Liqasına qayıtmağı arzulayır. 

Fanat.Az xəbər verir ki, o, bunun gələcək planlarının bir hissəsi olduğunu bildirib. 

"Telegraph Sport" ispaniyalı mütəxəssisin fikirlərini belə çatdırıb: 

"Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Bunu çox dəqiq bilirəm. Mən buna bir oyunçu, məşqçi və bir azarkeş kimi şahidiyəm. 

Mourinyo bir dəfə "Çelsi"də olanda mənə demişdi: "Mənim 30 ilim qalıb". Onun təbirincə desəm, mən burada ("Komo"da) 10 il qala bllərəm. Amma futbol gözlənilməzdir, bir saniyədə dəyişir. Yenidən Premyer Liqaya gedə bilərəm. Gələcəyin nələr gətirəcəyini yaşayıb görərik. Gəlin, bu anın dadını çıxaraq. 

Mən öz hisslərimlə məşqçilik edirəm. Oyunun özünü sevirəm. Yalnız nəticələr üçün məşqçilik etməyəcəyəm. Buna ehtiyac yoxdur. Mənim öz inanclarım var." 

"Arsenal" və "Çelsi"nin keçmiş yarımmüdafiəçisinin rəhbərlik etdiyi "Komo" avrokuboklara vəsiqə qazanmağa yaxındır. 

35 turdan sonra "Komo" İtaliya çempionatının turnir cədvəlində beşinci yerdədir. Komandanın 62 xalı var və "Yuventus"dan 3 xal qabaqdadır.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
fanat.az

1Источники