Tədbirin bədii hissəsində “Muğam” müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və kamança ifaçısı Nurəddin Tağıyevdən ibarət “Zəfər” üçlüyünün ifasında Azərbaycan xalq musiqiləri səsləndirilib. Nəşrlərə daxil olan kitablar Azərbaycan xalçaçılıq sənətinin müxtəlif istiqamətlərini əhatə edir. “Təbriz xalıları (Orta əsrlər)” kitabında Cənubi Azərbaycanda xalçaçılığın tarixi inkişafı, xüsusilə Təbriz məktəbinin formalaşması və onun Yaxın və Orta Şərq xalça sənətinə təsiri təhlil olunur. “Azərbaycanın xovsuz xalçaları” nəşri isə bu qədim ənənənin yaranmasını, əsas texnikalarını və regional xüsusiyyətlərini araşdırır. “Qarabağ xalçaları” kitabında Qarabağ xalçaçılıq məktəbinin inkişafı, əsas bədii istiqamətləri və Ağdam, Bərdə, Laçın, Şuşa kimi mərkəzlərdə formalaşmış nümunələr təhlil edilir, eyni zamanda süjetli xalça sənətinə dair tədqiqatlar sistemli şəkildə təqdim olunur. Layihənin ərsəyə gəlməsində elmi redaktorlar Ərtegin Salamzadə və Sevil Sadıxova, məsləhətçi Şamxal Əbilov, koordinatorlar Aliyə Səfərova, İlahə Azməmmədova və Lətafət Əliyeva, buraxılışa məsul şəxslər Sevil İsmayılova və Rafiq Kazımov, dizaynerlər Sufi Səfərli və Elçin Aşurov, redaktorlar Ramin Alılı və Qurban Cəbrayıl, səhifələyici Gülnar Ələkbərova, korrektorlar Arzu Quluzadə, Nəzrin Hüseynova, Jalə Bəgəliyeva və İlahə Rzayeva, texniki redaktor Sevinc Yusifova, baş redaktor Nərgiz Cabbarlı, texniki direktor Allahverdi Kərimov, eləcə də texniki heyətin üzvləri Toğrul Rəhimli, Kəmalə Quluzadə, Alagöz Quliyeva və Briliyant Məmmədova iştirak ediblər.