ain.az, Saglamolun portalına istinadən məlumat yayır.
Süni intellektə əsaslanan yeni alət uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunu (DÇHS) rəsmi diaqnozdan əvvəl proqnozlaşdırmağa imkan verir. ABŞ-da aparılan araşdırmaya görə, sistem uşaqların elektron tibbi qeydlərini analiz edərək erkən mərhələdə risk əlamətlərini müəyyənləşdirir.Tədqiqatçılar 140 mindən çox uşağın məlumatlarını təhlil edərək, modelə doğumdan erkən uşaqlıq dövrünə qədər olan göstəriciləri “öyrədib”. Nəticədə süni intellekt davranış, inkişaf və klinik faktorların kombinasiyasını tanıyaraq gələcəkdə diqqət çatışmazlığı və hiperaktivlik sindromunu diaqnozu qoyula biləcək uşaqları yüksək dəqiqliklə müəyyən edib. Mütəxəssislər bildirib ki, erkən aşkarlama uşaqların vaxtında dəstək almasına, təhsil və sosial nəticələrin yaxşılaşmasına şərait yaradır. Bununla belə, alimlər vurğulayıb ki, bu texnologiya həkimləri əvəz etmir, yalnız onların işini asanlaşdıraraq risk qrupunda olan uşaqları daha tez müəyyən etməyə kömək edir.
Saglamolun.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.