RU

“Aİ öz yanaşmasına yenidən baxmalı və reallıqlara əsaslanan siyasət yürütməlidir” ŞƏRH

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Avropa Parlamenti tərəfindən aprelin 30-da qəbul edilən qətnamədə ölkəmizə qarşı yer alan əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, qərəzli, əsassız və reallıqdan uzaq ittihamlar nə ikitərəfli münasibətlərə xidmət edir, nə də regionda sabitliyə”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, lakin görünən odur ki, Brüsseldə bu xəbərdarlıqlardan nəticə çıxarmaq niyyəti yoxdur:

“Aİ-nin son dövrlərdə tutduğu mövqe açıq şəkildə selektiv yanaşma və siyasi manipulyasiya təsiri bağışlayır. Regionda baş verən proseslərə obyektiv yanaşmaq əvəzinə, birtərəfli bəyanatlarla çıxış etmək, faktları təhrif etmək və Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmək artıq sistematik xarakter alıb. Bu isə təşkilatın “ədalət”, “hüquq” və “tarazlıq” kimi iddialarını ciddi şəkildə şübhə altına alır.

Ən narahatedici məqam isə ondan ibarətdir ki, Aİ bu cür davranışı ilə nəinki öz nüfuzuna zərbə vurur, həm də regionda onsuz da həssas olan sülh prosesinə mənfi təsir göstərir. Diplomatiya balans tələb edir, lakin Brüsselin ritorikası getdikcə daha çox siyasi sifarişə xidmət edən mövqe kimi görünür.

Azərbaycan isə artıq açıq mesaj verir: qarşılıqlı hörmət və obyektivlik olmadan heç bir tərəfdaşlıqdan söhbət gedə bilməz. Əgər Avropa İttifaqı doğrudan da regionda konstruktiv rol oynamaq istəyirsə, ilk növbədə öz yanaşmasına yenidən baxmalı, qərəzli ritorikadan imtina etməli və reallıqlara əsaslanan siyasət yürütməlidir. Əks halda, bu cür “tərəfdaşlıq” yalnız kağız üzərində qalacaq və etimadsızlıq daha da dərinləşəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
sia.az

2Источники