ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Abşeron rayonu, Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 3-də axşam saatlarında qeydə alınıb. Belə ki, 99-RP-569 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilin sürücüsü G.Miralıyev yolu müəyyən olunmamış yerdən keçən piyadanı vurub.
Nəticədə piyada yüngül bədən xəsarətləri alıb. Hadisə yerində olan vətəndaşlar yaralıya ilkin tibbi yardım göstəriblər. Piyadanın vəziyyətinin qənaətbəxş olduğu və ev şəraitində müalicəsinin davam etdiyi bildirilir.
Qeyd edək ki, sürücüdən izahat alınıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.