RU

Usta və qonaq qismində evlərdən oğurluq edən şəxslər saxlanılıb

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə 24 yaşlı M.Abbasov qeyd olunan əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun qonaq getdiyi qohumu evində zərərçəkənin diqqətinin yayınmasından sui-istifadə edərək oğurluq əməlini törətdiyi məlum olub.

Nərimanov rayonunda isə evlərin birindən 3060 manat oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə.Əzizi də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, usta kimi çalışdığı evdən pul vəsaitini talayıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Избранный
4
9
xalqqazeti.az

10Источники