RU

Kənd təsərrüfatı torpaqları necə bölünür?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Kənd təsərrüfatı təyinatlı torpaqların miras yolu ilə bölüşdürülməsi zamanı qanun xüsusi yanaşma müəyyən edir.

Bu qaydalar torpağın səmərəli istifadəsini və təsərrüfatın davamlılığını qorumağa yönəlib.

Gununsesi.info -ya danışan hüquqşünas Rəşad Səfərov bildirir ki, əgər kənd təsərrüfatı təyinatlı torpağın fiziki olaraq bölüşdürülməsi mümkün deyilsə, həmin torpaq miras qoyanla birlikdə təsərrüfat aparmış və kəndli təsərrüfatında yaşamış vərəsəyə verilir. Belə vərəsə olmadığı halda isə torpaq təsərrüfatı idarə etməyə qadir və maraqlı olan şəxsə ötürülür.

Bəs torpaqdan pay ala bilməyən digər vərəsələrin hüquqları necə qorunur?

Hüquqşünasın qeyd edir ki, qanunvericiliyə əsasən, belə şəxslərə miras əmlakının digər hissələrindən uyğun pay verilir. Əgər bu mümkün olmazsa, onlara müəyyən olunmuş qaydada kompensasiya ödənilir. Digər mühüm məqam isə həyət təsərrüfatları ilə bağlıdır. Əgər kəndli təsərrüfatı həyət təsərrüfatı formasındadırsa və sonuncu üzv vəsiyyətnamə qoymayıbsa, bu əmlak qanuni vərəsələrə yalnız təsərrüfatın dağılmaması şərti ilə keçir. Bundan əlavə, kəndli təsərrüfatına aid ümumi mülkiyyətin saxlanılması məsələsi də vərəsələrin qarşılıqlı razılaşması ilə həll olunur. Bu isə torpaq və təsərrüfatın bütövlüyünün qorunmasına xidmət edir.

Qeyd edək ki, bu qaydalar kənd təsərrüfatının parçalanmasının qarşısını almaq və torpaqların effektiv idarə olunmasını təmin etmək məqsədi daşıyır.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
5
icma.az

7Источники