RU

“Fənərbaxça”dan ilin transferi -

“Fənərbaxça” “Liverpul”un futbolçusu Məhəmməd Salah ilə bağlı hərəkətə keçib. Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi misirli ulduzla rəsmi danışıqlara başlayıb. Məlumata görə, klub hücum xəttini gücləndirmək üçün Salahı əsas hədəf kimi müəyyənləşdirib. Bildirilir ki, futbolçu Səudiyyə Ərəbistanı liqasından gələn təklifləri rədd edib və karyerasını Avropada davam etdirmək niyyətindədir. Bu amil “Fənərbaxça”nın ümidlərini artıran əsas faktorlardan biri kimi qiymətləndirilir. Qeyd olunur ki, Salahın maaş tələbi mövsümlük təxminən 20 milyon avro təşkil edir. Klub rəhbərliyi isə bu məbləği ödəmək üçün sponsor dəstəyi və əlavə maliyyə variantlarını nəzərdən keçirir.

Qeyd edək ki, Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

Избранный
23
metbuat.az

1Источники