RU

Kremlə yaxın binada ölüm: sovet generalı həyatına son qoydu

Moskvada məşhur sovet hərbi xadimi, general-polkovnik Stanislav Petrov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, o, paytaxtdakı “Sahilyanı ev” kimi tanınan binada səhər saatlarında yaxınları tərəfindən ölü vəziyyətdə tapılıb.

İlkin məlumatlara görə, hadisə intihar kimi qiymətləndirilir.

Qeyd edək ki, Stanislav Petrov SSRİ-də kimyəvi müdafiə qoşunlarının formalaşmasının əsas simalarından biri olub. O, həmçinin nəticələrinin aradan qaldırılmasında iştirak edib.

Sonrakı illərdə Petrov Rusiyada radiasiya, kimyəvi və bioloji müdafiə sisteminə rəhbərlik edib. General 87 yaşında idi və son illərə qədər fəaliyyətini davam etdirərək hərbi institutda çalışıb, ixtisaslaşmış jurnalın redaktoru kimi fəaliyyət göstərib.

Musavat.com

Избранный
24
musavat.com

1Источники