RU

Kurban Berdiyev Qarabağ a qarşı məğlubiyyəti belə şərh etdi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 30-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Ümumilikdə ağır oyun keçdi. Uzun müddət "Qarabağ"ın üstünlüyü hiss olunsa da, ikinci hissənin əvvəlində buraxılan qollar məğlubiyyətə birbaşa təsir etdi. Hesab edirəm ki, qaçırılan şanslar daha çox həyəcanla bağlı idi. Əlimizə düşən fürsətlərdən maksimum istifadə edə bilsəydik, oyunun nəticəsi tamamilə başqa cür ola bilərdi."

- Buraxdığınız qolları "Qarabağ"ın oyunçularının fərdi ustalığı ilə əlaqələndirmək olar?

"Bəli, birinci qol rəqibin fərdi ustalığı sayəsində vuruldu. İkinci qolda isə bəxt amili rol oynadı, çünki top rikoşetdən qapımıza daxil oldu."

- Sizcə, futbolçularda kifayət qədər motivasiya var idi?

"Komandada motivasiya kifayət qədər idi, futbolçular meydana qələbə üçün çıxmışdılar. Lakin qeyd etdiyim kimi, məhz həyəcan amili bu gün məğlubiyyətimizə əsas səbəb oldu."

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
44
fanat.az

10Источники