Laboratoriya şəraitində kök hüceyrələrdən yetişdirilən qan hüceyrələri ilk dəfə insan üzərində sınaqdan keçirilib və müsbət nəticə verib.
Redaktor.az "BBC Health" portalına istinadən xəbər verir.
Bu kəşf xüsusilə nadir qan qrupları olan və tez-tez qan köçürülməsinə ehtiyacı olan xəstələr üçün həyati əhəmiyyət kəsb edir. Laboratoriya qanı donor qanından daha uzunömürlüdür, çünki bütün hüceyrələr "təzədir". Alimlər bildirirlər ki, bu texnologiyanın kütləvi tətbiqi dünyada qan donorluğu problemini tamamilə həll edə bilər.
Xədicə BAXIŞLI