RU

Xərçəngin ən çox gizlənən və bilinməyən əlaməti

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Mədəaltı vəzi xərçənginin ən çox rast gəlinən ilkin əlamətlərindən biri kürəkdə yaranan küt ağrılardır. Bir çox insan bu gizli təhlükəni adi yorğunluq və ya gərginliklə qarışdıraraq vaxtında həkimə müraciət etmir.Demokrat.az xəbər verir ki, tanınmış onkoloq İrji Kubeş kürəkdə yaranan və bir çox hallarda diqqətdən qaçan bu təhlükəli simptom barədə məlumat verib. Onun sözlərinə görə, mədəaltı vəzi xərçəngi çox vaxt gecikmiş mərhələlərdə aşkarlanır, çünki xəstəlik uzun müddət gizli inkişaf edir və özünəməxsus əlamətlər büruzə vermir. Bəzi hallarda insanlar kürək nahiyəsində zəif, küt ağrılar hiss edir və bunu əzələ gərginliyi hesab edərək önəmsəmirlər.Kubeş bildirib ki, bu cür ağrılar qarnın yuxarı hissəsində də yarana bilər. Lakin mədəaltı vəzi onurğaya çox yaxın yerləşdiyindən ağrı daha çox kürək nahiyəsinə vurur. Bu ağrının əsas xüsusiyyəti onun fiziki hərəkətlərlə bağlı olmaması və uzun müddət keçib getməməsidir.Kürək ağrılarının əksər hallarda onkoloji xəstəliklərdən qaynaqlanmadığını deyən həkim vurğulayıb ki, əgər diskomfort heç bir səbəb olmadan yaranıbsa və keçmirsə, mütləq yoxlanmaq lazımdır. Bundan əlavə, səbəbsiz çəki itkisi, kəskin zəiflik və iştahsızlıq müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.Yəni, kürəkdə heç bir fiziki səbəb olmadan yaranan və keçməyən küt ağrılar mədəaltı vəzi xərçənginin gizli əlaməti ola bilər. Belə hallarda xəstəliyin qarşısını vaxtında almaq üçün müayinədən keçmək şərtdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
77
demokrat.az

1Источники