RU

Gəncədəki yanğın tam söndürülüb- YENİLƏNİB-2

Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə "Far.Az"a FHN-dən məlumat verilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

Gəncədəki yanğın tam söndürülüb- YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Far.Az"a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Gəncədəki yanğın tam söndürülüb- YENİLƏNİB-2

Samux rayonunun ərazisində güclü yanğın başlayıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, yanğın Samux-Gəncə yolunun kənarında günəbaxan tumu istehsalı fabrikində qeydə alınıb.

Alovun qarşısını almaq üçün Samux və Gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.

Избранный
4
7
far.az

10Источники