RU

RUSİYA ŞOKDA! Sərhəddən 2000 km uzaqlıqda ilk dəfə RAKET HƏYƏCANI: 18 vilayət VURULDU - VİDEO

Mayın 5-nə keçən gecə Rusiyanın ən azı 18 vilayətində raket təhlükəsi siqnalı verilib.

Musavat.com "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu bölgələrdən biri Ukrayna sərhədindən təxminən 2000 kilometr məsafədə yerləşir.

Rusiya Teleqram kanallarının yaydığı məlumata görə, müharibə başlayandan bəri ilk dəfə Xantı-Mansi Muxtar Dairəsində raket təhlükəsi elan olunub. Region rəhbəri Ruslan Kuxaruk sosial şəbəkə hesabında bu barədə məlumat paylaşsa da, sonradan həyəcan siqnalı ləğv edilib. Qeyd olunur ki, sözügedən region cəbhə xəttindən rekord dərəcədə uzaqda yerləşir.

Eyni zamanda, raket xəbərdarlığı Həştərxan, Bryansk, Kaluqa, Kurqan, Nijni Novqorod, Orenburq, Oryol, Sverdlovsk, Tula və Çelyabinsk vilayətlərini, həmçinin Başqırdıstan, Tatarıstan, Mordoviya, Udmurtiya və Perm diyarlarını əhatə edib. Mayın 4-dən 5-nə keçən gecə ölkənin 18 hava limanında uçuşlara məhdudiyyətlər tətbiq olunub.

Hücumların əsas hədəflərindən birinin Çuvaşiya Respublikasının Çeboksarı şəhəri olduğu bildirilir. OSINT analitikləri raket zərbəsinin pilotsuz təyyarələr və raketlər üçün naviqasiya avadanlıqları istehsal edən “VNİİR-Proqress” zavoduna endirildiyini və orada yanğın başladığını iddia edirlər. Moskva şəhəri də hücuma məruz qalıb. Şəhər meri Sergey Sobyanin paytaxt yaxınlığında iki pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. Leninqrad vilayətində isə 18 PUA-nın zərərsizləşdirildiyi, lakin Kirişi sənaye zonasındakı neft emalı zavodunda yanğın baş verdiyi deyilir.

@@TVmusavat/146059@@

Bu hadisələr 9 May paradı ərəfəsində Rusiya və Ukrayna arasında mümkün atəşkəs müzakirələrinin fonunda baş verir. Ukrayna Prezidenti Volodimir Zelenski insan həyatının hər hansı ildönümü qeyd etmələrindən daha vacib olduğunu vurğulayaraq, mayın 5-dən 6-na keçən gecədən etibarən “sükut rejimi” elan edib. Ukrayna XİN başçısı Andriy Sibiqa isə bildirib ki, 6 may tarixi Rusiyanın həqiqətən müharibəni bitirmək istəyib-istəmədiyini göstərəcək.

İqbal RZAYEV,
Musavat.com

Избранный
9
45
musavat.com

10Источники