RU

Helikopter qəzaya uğradı: Havalandıqdan saniyələr sonra yerə çırpıldı - VİDEO

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter uçuşun ilk saniyələrində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hadisə helikopter yerdən cəmi bir neçə metr qalxdıqdan dərhal sonra baş verib.

Məlumata görə, helikopter hələ kifayət qədər yüksəklik qazanmağa imkan tapmadan qəfil idarəetməni itirərək yerə çırpılıb.

Məsələ ilə bağlı yayılan rəsmi bəyanatda bildirilir ki, ilkin araşdırmalara görə, qəzaya səbəb "əsas mühərrikin güc ötürücüsündə yaranan nasazlıq" olub. Məhz bu texniki nasazlıq helikopterin qalxma zamanı gücünü itirməsinə və qaçılmaz qəzaya gətirib çıxarıb. 

Musavat.com

Избранный
33
1
musavat.com

2Источники