RU

Çində fişəng zavodunda partlayış: Ölənlərin sayı 20 ni ötüb

Sitat.info saytına istinadən ain.az xəbər verir.

Çin Xalq Respublikasının (ÇXR) Xunan əyalətindəki fişəng zavodunda baş verən partlayış qurbanlarının sayı 21-ə yüksəlib, daha əvvəl üç nəfərin öldüyü bildirilirdi.

Sitat.info xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 61 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Lyuyan şəhərindəki fövqəladə hadisə zonasına beş xilasetmə briqadası cəlb edilib, səfərbər olunmuş heyətin ümumi sayı 482 nəfər təşkil edir. Qeyd olunur ki, güclü detonasiya nəticəsində yaranan zərbə dalğası 300-400 m radiusda yerləşən binalara ziyan vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
20
sitat.info

10Источники