RU

Kolumbiyada “Monster Truck” faciəsi VİDEO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Kolumbiyanın Popayan şəhərində təşkil olunan “Popayan Monster Truck 2026” yarışı zamanı dəhşətli qəza baş verib. Şouda “La Dragona” adlı nəhəng təkərli avtomobil idarəetməni itirərək tamaşaçıların olduğu zonaya daxil olub.

İdman.Biz xəbər verir ki, hadisə nəticəsində aralarında uşaqların da olduğu üç nəfər həyatını itirib, 38-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında 10 yaşlı bir qız uşağı da var.

İlkin araşdırmalar qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini göstərir. Bildirilir ki, avtomobil maneəni keçdikdən sonra əyləc sistemi sıradan çıxıb və nəticədə sürücü idarəetməni tamamilə itirib. 52 yaşlı qadın sürücü Sonia Sequra da qəza zamanı xəsarət alıb və hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, yarışın keçirilməsi üçün icazə verilsə də, stadionun tutumu normadan artıq olub. 1000 nəfərlik yer üçün nəzərdə tutulmuş zonada təxminən 1500 tamaşaçı iştirak edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
icma.az

1Источники