RU

May ayında bu ərazilərdə səyyar ASAN xidmət fəaliyyət göstərəcək

May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

Bu barədə BAKU.WS-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") məlumat verilib.

Bildirilib ki, 4-26 may tarixində Beyləqanda, Şəmkirdə, Biləsuvarda, İsmayıllıda, Zaqatalada və Xudatda, 4-15 may tarixində Xızıda, 4-21 may tarixində Ağdamda, 19-26 may tarixində Xırdalanda və 25-26 may tarixində Zəngilanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

"Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftəiçi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Xızı, Beyləqan və Zəngilanda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Избранный
13
15
far.az

10Источники