RU

Britni Spirs 12 ay şərti cəzaya məhkum edildi

Amerikalı müğənni Britni Spirs alkoqol və narkotik təsiri altında ehtiyatsız avtomobil idarəetmə işi üzrə təqsirini etiraf edib.

Bizim.Media xəbər verir ki, qərar Ventura dairəsinin Ali Məhkəməsində çıxarılıb.
 

Məlumata görə, Spirsin vəkili məhkəmədə onun adından təqsiri etiraf edib. Bununla da müğənni daha ağır DUI ittihamı üzrə həbs cəzasından yayınaraq daha yüngül maddə ilə məsuliyyətə cəlb olunub.


Ventura dairəsi prokurorluğunun məlumatına əsasən, Britni Spirs 12 ay şərti cəza alıb. O, həmçinin qanunla müəyyən edilmiş cərimə və məhkəmə xərclərini ödəməli, 3 aylıq — 30 saatlıq ilkin DUI proqramını başa vurmalıdır.

Əlavə şərtlərə görə, Spirs avtomobil idarə edərkən alkoqol və ya narkotik maddə ilə bağlı testlərdən keçməyə razılıq verməli, sərxoş və ya narkotik təsiri altında sükan arxasına keçməməli, həmçinin maddə asılılığı və psixi sağlamlıqla bağlı müalicəni davam etdirməlidir.
 

“The Guardian” yazır ki, Spirs martın 4-də Kaliforniyada saxlanılıb. O, əvvəlcə alkoqol və narkotik təsiri altında avtomobil idarə etməkdə ittiham olunmuşdu, lakin razılaşma nəticəsində ittiham daha yüngül maddəyə dəyişdirilib.


Prokuror Erik Nasarenko bildirib ki, Spirs hadisədən iki ay sonra, ilkin mərhələdə məsuliyyəti üzərinə götürərək təqsirini etiraf edib.

Bizim.Media

Избранный
4
11
bizim.media

10Источники