RU

Nəsrin Cavadzadənin evləndiyi şəxslə yaş fərqi müzakirə yaratdı

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Nəsrin Cavadzadənin Bodrumda səssiz şəkildə evləndiyi iddiası tabloid mediada geniş rezonans doğurub.

Musavat.com-un məlumatına görə, aktrisa Kadir Taner Uçar ilə nikaha daxil olub.

Məlumatlarda bildirilir ki, toy mərasimi Bodrumda baş tutub və bu, Uçarın ad gününə təsadüf edib. Cütlüyün toy məclisini isə bir ay sonra keçirməyi planlaşdırdığı qeyd olunur.

Sosial mediada paylaşdığı sirli görüntülər isə müzakirələri daha da artırıb. Cavadzadənin toy məkanında boş stulları əks etdirən fotolar paylaşması, eləcə də həyat yoldaşının arxadan çəkilmiş görüntüsünü yayması izləyicilər arasında suallar yaradıb. Bundan əlavə, aktrisanın “Dolce” adlı pudel itinə qalstuk taxaraq paylaşım etməsi də diqqətdən yayınmayıb.

Ən çox müzakirə olunan məqamlardan biri isə aktrisanın gəlinlik fotosu paylaşmaması olub. Bu detal sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

İddialara görə, 43 yaşlı aktrisa ilə 36 yaşlı iş adamı arasında 7 yaş fərqi var. Məşhur jurnalist Mehmet Üstündağ isə açıqlamasında cütlüyün Etilerdə yerləşən idman zalında tanış olduqlarını bildirib.

Qeyd edək ki, tərəflərdən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Musavat.com

Избранный
17
musavat.com

1Источники