RU

Süni uşaq qidalatrının immunitetətəsiri



Bir çox analar düşünür: rəflərdəki geniş çeşiddən hansı süd qarışığını seçmək lazımdır? Xüsusilə qablaşdırmada "həzmi yaxşılaşdırmaq", "immun sistemini gücləndirmək", "hipoallergen" vədləriyazılıbsa, deməli, həqiqətən, bu süni qida uşağa faydalıdır.


Medicina.az xəbər verir ki, immunoloq və allerqoloqlar süd qarışığının körpənin bədəninə təsirini və onu məsuliyyətlə seçməyin niyə vacib olduğunu açıqlayıblar:

"Mövcud elmi məlumatların təhlili göstərdi ki, bu iddiaların çoxu kifayət qədər elmi əsaslandırılmamışdır.

Bu nəyə gətirib çıxara bilər? Ana südü ilə qidalandırmanın tədricən uşağın sağlamlığını yaxşılaşdırmaq məqsədi ilə süd qarışığı ilə əvəz olunmasına.

Əgər ana südü ilə qidalandırma mümkündürsə, həmişə onaüstünlük verilməlidir. Bütün süd qarışıqları mədə-bağırsaq xəstəlikləri, tənəffüs və bağırsaq infeksiyaları və piylənmə riskini artırır. Ana südü ilə qidalandırma müddətinin qısaldılması ana üçün döş xərçəngi riskini artırır.

Ana südü ilə qidalandırmanı mağazadan alınan süd qarışığı ilə əvəz etmək cəhdləri həkimə vaxtından əvvəl müraciətə səbəb ola bilər. İstehsalçıların hipoallergenlik iddialarına baxmayaraq, körpədə dəri səpgiləri və ya digər sağlamlıq problemləri yarana bilər.

Bundan əlavə, əgər uşağın artıq süd zülallarına qarşı allergiyası varsa, hətta hipoallergen süd qarışığı belə allergik reaksiyalara səbəb olma ehtimalı yüksəkdir.

Körpənin gündəlik bədən çəkisinə nisbətən istehlak etdiyi çoxlu miqdarda süd qarışığı nəzərə alındıqda, süd qarışığının körpənin bədəninə dərin təsir göstərdiyi aydındır.

Əgər bu qarışıq uşağa bir şəkildə zərər verərsə, bu zərər həm indi, həm də onlar böyüdükcə uzunmüddətli perspektivdə onların sağlamlığına böyük zərər verə bilər.

Aygün Musayeva


Избранный
16
1
medicina.az

2Источники