RU

“Qarabağ”ın nigeriyalı hücumçusu: “Zədəm olmasaydı, indi birinci yerdə idim” MÜSAHİBƏ

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

AFFA Gənclər Liqasının İkinci mərhələsinin altıncı turunda “Zirə” - ”Qarabağ” matçı 2:2 hesabı ilə başa çatıb.

Oyundan sonra ”Qarabağ”ın futbolçusu, 25 qolla liqanın ikinci bombardiri olan mərkəz hücumçusu Tohib Abiodun prosport.az-a müsahibə verib.

– Əvvəlcə oyunla bağlı fikirlərinizi eşidək. Çətin oyun oldu...

– Yox, mən belə deməzdim. Oyun bizim üçün çətin keçmədi. Biz qələbə qazanmağa hazır idik. Sadəcə, son dəqiqədə diqqətimizi itirdik və bu da nəticəyə təsir etdi. Biz rəqibdən daha yaxşı idik.

– Ola bilərmi ki, meydançanın durumu da sizə daha çox qol vurmağa mane olurdu?

– Bəli, meydança bərbad idi. Amma meydançanı bəhanə etmirik, bu tamamilə bizim səhvimiz idi. Son dəqiqədə rəqibi diqqətdən qaçırmamalı idik. Burada meydançanı bəhanə etməyin adı yoxdur.

– Lidersiniz. Çempionluq şanslarınızı necə qiymətləndirirsiniz?

– Qarşıdakı oyunlara köklənəcəyik. Məqsədimiz qalan qalan hər bir matçda qalib gəlməkdir.

– Şəxsi hədəfiniz nədir?

– Əsas məqsədim çox çalışaraq əsas komandada oynamaqdır.

– Hazırda bombardirlər siyahısında “Sabah”ın futbolçusu Anar Hüseynovdan sonra ikinci yerdəsiniz. 25 qol vurmusunuz. Yəqin ki, birinci sıraya qalxıb fərdi mükafat da qazanmaq istəyirsiniz...

– Bəli, ən yaxşı bombardir olmaq istəyirəm. Zədə səbəbindən bir neçə oyunu buraxdım. Əgər həmin matçlarda iştirak etsəydim, indi birinci yerdə ola bilərdim. Hətta ola bilərdim yox, olacaqdım deyərdim.

– Sentyabrda Azərbaycana transferiniz necə baş tutdu?

– Ötən ilin iyulunda İsveçin Yötebori (Göteborg) şəhərində keçirilən “Gothia Puma Trophy” beynəlxalq turniri zamanı oynayarkən bizi “Qarabağ” rəsmiləri izləmişdi. Onda mən “Beyond Limit” komandasında oynayırdım. Oyundan sonra mənə yaxınlaşıb dedilər ki, səni bəyənirik, bizim komandaya qoşul. Bundan sonra danışıqlar oldu və Azərbaycana gəldim. Əvvəl İsveçdəki turnirdə “Beyond Limit”lə çempion olmuşdum.

– Digər komanda yoldaşınız Muyidin Olude də sizinlə eyni komandadan gəlib?

– Xeyr, o da İsveçdə çıxış edirdi. Lakin onun komandası ”Sportinq Laqos” idi (“Qarabağ”ın qrupunda yer alırdı və oyun 0:0 başa çatmışdı – red.).

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
icma.az

1Источники