RU

Liv Bona Dea Hospitalın həkimləri məhkəmədə ifadə verəcəklər

Bu gün Nəsimi Rayon Məhkəməsində Liv Bona Dea Hospital tərəfindən "Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərliyə qarşı təzminat tələbi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a Nigar Köçərli məlumat verib.

Onun sözlərinə görə, xəstəxana tərəfi son anda məhkəməyə müəyyən sənədlər təqdim edib: "Həmin sənədlərlə tanış olmağa imkan tapa bilmədik".

Nigar Köçərlinin həyat yoldaşı Şahbaz Xuduoğlu isə deyib ki, növbəti məhkəmə prosesinə xəstəxananın həkimləri şahid qismində cəlb olunacaqlar: "Düzdür, biz buna etiraz etdik. Əlbəttə, xəstəxana işçiləri xəstəxanaya qarşı çıxış etməzlər. Amma məhkəmə bu vəsatəti təmin etdi".

Növbəti proses mayın 20-ə təyin edilib.

Избранный
10
1
publika.az

2Источники