Azərbaycanlı ekspertlər Ermənistanın paytaxtında keçirilən “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında iştirak edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ermənistan mətbuatında yer alıb.
Məlumata görə, tədbirdə Azərbaycandan 3 ekspert iştirak edir.
Bunlar Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyevdir.
Onlar vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş “Sülh körpüsü” təşəbbüsünün iştirakçılarıdır.
Qeyd edək ki, “İrəvan dialoqu – 2026” konfransında regional təhlükəsizlik, Cənubi Qafqazda sülh perspektivləri və əməkdaşlıq imkanları müzakirə olunur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта